The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesThe Calamity [Al-Qaria] - Azerbaijani translation - Alikhan Musayev
Surah The Calamity [Al-Qaria] Ayah 11 Location Maccah Number 101
(Qəlbləri qorxuya salan) Qariə!
Nədir Qariə?
Sən nə bilirsən ki, nədir Qariə?
O gün insanlar (ətrafa) səpələnmiş pərvanələr kimi olacaqlar.
Dağlar isə didilmiş yun kimi olacaqdır.
(O gün) kimin tərəziləri ağır gələrsə,
O xoş güzəran içində olacaqdır!
Kimin də tərəziləri yüngül gələrsə,
onun məskəni Haviyə olacaqdır.
Sən nə bilirsən o (Haviyə) nədir?
O, çox qızmar bir oddur!