عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The moon [Al-Qamar] - Azerbaijani translation - Alikhan Musayev

Surah The moon [Al-Qamar] Ayah 55 Location Maccah Number 54

Əgər (müşriklər) bir möcüzə görsələr, üz döndərib: “Bu, davam edən bir sehrdir”– deyərlər.

Onlar (haqqı) yalan saydılar və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır.

Bu (Quran) böyük bir hikmətdir. (Üz çevirənlərə) təhdidlər heç bir fayda verməz.

(Ey Peyğəmbər!) Sən onlardan üz çevir. Carçının (İsrafilin) onları dəhşətli bir şeyə çağıracağı gün

Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!”– deyəcəklər.

Onlardan əvvəl Nuh qövmü (elçiləri) yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər.

(Nuh) Rəbbinə dua edib: “Mən məğlub oldum! Mənə yardım et!”– dedi.

Yeri yarıb bulaqlar qaynatdıq. (Göydən tökülən və yerdən çıxan hər iki) su əzəldən (Lövhi-məhfuzda) təqdir edilmiş bir iş üçün bir-birinə qovuşdu.

Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.

İnkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq (gəmi) Gözlərimiz önündə üzüb gedirdi.

Biz onu (Nuhun hekayəsini nəsillərə) ibrət üçün saxladıq. Heç ibrət alan varmı?!

(Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!

Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?

Ad (qövmü) də (elçiləri) yalan saydı. (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!

O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.

(Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!

Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?

Səmud (qövmü də) peyğəmbərləri (Salehi) yalan saydı.

Onlar dedilər: “Özümüzdən olan bir adama tabe olacağıq?! Elə isə biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!

Yoxsa zikir (vəhy) aramızdan yalnız ona nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!”

Sabah (Qiyamət günü) onlar kimin yalançı və lovğa olduğunu biləcəklər.

Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. (Ey Saleh!) Onların (nə edəcəklərini) gözlə və (əziyyətlərinə) səbir et!

Onlara xəbər ver ki, su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”

Onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da dəvəni tutub kəsdi.

(Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!

Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.

Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?

Biz, Lutun ailəsi müstəsna olmaqla onların üstünə daş (yağdıran külək) göndərdik. Onları sübh çağı xilas etdik –

Bizdən bir nemət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.

(Lut) onları əzabımızla qorxutdu, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.

Onlar Lutdan onun qonaqlarını (mələkləri) tələb etdilər. Biz də onların gözlərini kor etdik (və:) “Əzabımı və təhdidlərimi dadın!”– (dedik).

(Onlara:) Elə isə əzabımı və təhdidlərimi dadın! (dedik).

Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?

Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları qüvvət və qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.

(Ey Məkkə əhli!) Sizin kafirləriniz onlardan (Nuhun, Adın, Səmudun, Lutun, Firon və onun qövmündən) xeyirlidirmi?! Yoxsa kitablarda sizin üçün bəraət vardır?!

Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!”– deyirlər?!

Xeyr! Onlara vəd edilmiş vaxt Qiyamət saatıdır. Qiyamət saatı isə daha ağır, daha acıdır.

Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.

O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin toxunmasını (əzabını) dadın!”– (deyiləcəkdir).

Biz hər şeyi (əzəldən təqdir etdiyimiz) bir qədər ilə yaratdıq.

Biz yalnız bir dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetər.

Biz (küfür etməkdə neçə-neçə) sizə oxşayanları məhv etdik. Heç ibrət alan varmı?!

Onların etdiyi hər bir əməl (əməllərinin yazıldığı) kitablardadır.

Hər bir kiçik və böyük (əməl lövhi-məhfuzda) yazılmışdır.

Şübhəsiz ki, müttəqilər cənnətlərdə və çaylar kənarında,