عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Overthrowing [At-Takwir] - Azerbaijani translation - Alikhan Musayev

Surah The Overthrowing [At-Takwir] Ayah 29 Location Maccah Number 81

ulduzlar (sönüb yerə) töküləcəyi zaman;

dağlar hərəkətə gətiriləcəyi zaman;

boğaz dəvələr başlı-başına qalacaqları zaman;

vəhşi heyvanlar bir yerə toplanacağı zaman;

nəfislər (öz tayına) qovuşdurulacağı zaman;

diri-diri (torpağa) basdırılmış qız (uşağı) soruşulacağı zaman –

hansı günaha görə öldürülmüşdür;

səhifələr (əməl dəftərləri) açılacağı zaman;

Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman;

hər kəs (bu gün üçün özünə) nə tədarük etdiyini biləcəkdir.

And içirəm (gecə çıxıb gündüz) batan ulduzlara,

seyr edib gizlənən səyyarələrə,

Bu (Quran) möhtərəm bir elçinin (Cəbrailin) sözüdür.

(O elçi ki,) qüvvətlidir, Ərşin sahibi yanında (böyük) hörmət sahibidir.

Orada (mələklər arasında) itaət ediləndir, (vəhyi çatdırmaqda) etibarlıdır.

Sizin yoldaşınız (Muhamməd) dəli deyildir.

O, qeyb barəsində paxıl deyildir (qeybi xəbərləri sizdən əsirgəməz).

Bu (Quran) daşqalaq olunmuş şeytanın sözü də deyildir.

Elə isə (ondan üz döndərib) hara gedirsiniz?

Bu (Quran), aləmlərə yalnız bir öyüd-nəsihətdir.

Sizlərdən doğru yolda olmaq istəyənlər üçün.

Aləmlərin Rəbbi olan Allah (doğru yolda olmağınızı) istəməyincə, siz istəyə bilməzsiniz!