The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesThe Most High [Al-Ala] - Azerbaijani translation - Alikhan Musayev
Surah The Most High [Al-Ala] Ayah 19 Location Maccah Number 87
Ən Uca Rəbbinin adını təsbih et!
O Rəbbin ki, (hər şeyi) yaratdı və kamilləşdirdi.
O Rəbbin ki, (hər şeyin müqəddəratını əzəldən) müəyyən etdi və yol göstərdi.
O Rəbbin ki, otlağı çıxartdı.
Sonra da onu (çürüyüb) qaralmış samana çevirdi.
(Ey Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan.
Yalnız Allahın istədiyindən başqa. Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir.
Biz səni ən asan olana (Cənnətə aparan əməllərə) müvəffəq edəcəyik.
(Ey Peyğəmbər!) Xatırlatmaq fayda versə, xatırlat!
(Allahdan) qorxan öyüd-nəsihət götürəcəkdir.
Ən bədbəxt (kafir kimsə) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.
O kimsə ki, ən böyük alova (Cəhənnəm alovuna) atılacaqdır.
Sonra orada nə öləcək, nə də yaşaya biləcək.
(Günahlardan) təmizlənən kimsə isə uğur qazanmışdır.
O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
Xeyr, siz dünya həyatını üstün tutursunuz.
Axirət isə daha xeyirli və daha davamlıdır.
Həqiqətən də, bu (anlatılanlar), əvvəlki səhifələrdə də vardır –
İbrahimin və Musanın səhifələrində.